- Köhnə - Region
- 17 Sentyabr 2013 21:30
- 8 612
Rusiya Gürcüstanda tikanlı məftillə sərhəd çəkir - Foto
Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, tikanlı telləri çəkən rusiya sərhədçilərinə yerli sakinlər etiraz edib, qarşıdurma yaranıb. Sonradan bu vəziyyətin sakitləşdirildiyi bildirilib.
Gürcüstan Xarici İşlər Nazirliyi analtik departamentinin təmsilçisi Kaxa Kemuklidze jurnalistlər deyib: "Biz sərt şəkildə danışaraq, xatırlatdıq ki, xalqı təhqir etməyə heç kimin haqqı yoxdur. Biz əhaliyə sərhədi keçməyi yasaqlamayacağıq. Çünki ora Gürcüstan ərazisidir. Ancaq həmin rayonda patrul xidmətinin gücləndirəcəyik".
Qeyd edək ki, Gürcüstan XİN Rusiyaya Tsxinvali bölgəsində sərhəd xəttinin çəkilməsinə etiraz notasının təqdim edib.
AzNews.az