Polis məntəqəsi raketlə vuruldu

Türkiyənin paytaxtı Ankarada polis məntəqəsi raketlə vurulub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəyib.
Məlumata görə, bina istiqamətində üç raket mərmisi buraxılıb.

Qeyd edək ki, Dikmen rayonu hökumətə qarşı keçirilən etiraz aksiyalarının mərkəzinə çevrilib.

Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin sözlərinə görə, polis hadisə yerindən bir qədər kənarda raket mərmiləri və digər silah-sursat ələ keçirib.(trend)

AzNews.az