Hamilə qadın ütü kabeli ilə özünü asdı

Türkiyənin Balıkəsir şəhərinin sakini, 29 yaşlı Nuray Avçı intihar edib. Hamiləliyin 3-cü ayında olan qadın ütünün kabeli izə özünü qaz borusundan asıb.

Bursadakı Uludağ Universitetinin tibb fakültəsində çalışan, bir müddət əvvəl Balıkesir Universitetinin tibb fakültəsinin xəstəxanasına keçən tibb bacısı dünən Maltepe məhəlləsindəki evində özünü asıb.

Tibb bacısının əri Murat Avçı evə qayıdarkən qapının açılmadığını görəndə arvadına zəng vurub. Lakin Nuray Avçının telefonu cavab verməyib.

Belədə Murat Avçı qapını qıraraq evə girib və hamilə arvadının intihar etdiyini görüb.

Olayla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.(milli.az)

AzNews.az