Gürcüstan prezidentliyinə 23 namizəd var

Oktyabrın 27-də Gürcüstanda prezident seçkisi keçiriləcək.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası 23 namizədin qeydə alındığını bildirib. MSK-nın sözçüsü Azaraşvili bildirib ki, "Seçki haqqında" qanuna əsasən, sentyabrın 27 namizədlərin qeydə alınması başa çatır. Ancaq sentyabrın 23-ə olan məlumata görə, MSK prezidentliyə iddiaçıların qeydiyyata alınması vəziyyəti açıqlayıb.

İndiyə kimi qurum prezident olmaq istəyən 31 nəfəri qeydə almayıb.

Qeydə alınan 23 namizədin 10-un sənədlərini siyasi partiyalar (onlardan 7-i ixtisaslaşmış subyektlərdir), 13-ünü isə təşəbbüs qrupu təqdim edib.

Namizədlər seçkinin başlamasına 10 gün qalmış, oktyabrın 17-dək geri götürə bilər.

Müşahidəçilərini fikrincə, bu siyasi kampaniyada əsas mübarizə iki namizəd - baş nazir İvanishvilinin "Gürcü Arzusu" koalisiyasından Giorgi Margvelaşvili və indiki prezident Saakaşvilinin Birləşmiş Milli Hərəkatından keçmiş parlament sədri David Bakradze arasında gedəcək.

Seçkiyə ATƏT-in seçkiyə 300 müşahidəçi göndərəcəyi gözlənilir.

AzNews.az