Baronessa Koksa ermənilər Qarabağda orden verib

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaşayan erməni icmasının başçısı Bako Saakyan sentyabrın 26-da Britaniya lordlar palatasının üzvü baronessa Kerolayn Koksu və müşayiətçilərini qəbul edib.

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, Saakyan Koksun Qarabağa 80-ci yubileyinin "səmimi dostluq"dan xəbər verdiyini vurğulayaraq, ingilis baronessasının alqışlayıb.

Erməni icmasının başçısı Britaniya Lordlar Palatasının üzvünə "Qarabağdakı ermənilər qarşısında göstərdiyi xidmətə görə" orden verib.

Tədbirdə terrorçu – erməni Zori Balayan da iştirak edib


AzNews.az