Toyuq davası 3 nəfərin ölümünə səbəb oldu

Türkiyənin Adana şəhərində toyuğun qonşunun bağına girməsi iki ailə arasında qanlı davaya səbəb olub.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə Seyhan bölgəsinin Cinarlı məhəlləsində baş verib.

Polisin məlumatna görə, ryni məhəllədə yaşayan Örgen və Batur ailələrinin 8 yaşlı iki uşağı bağçaya toyuq girməsi səbəbi ilə dava edib.
Davaya böyüklər qarışıb. Nəticədə silahlar çəkilib. Hadisə yerinə gələn polis ətrafda 19 boş giliz tapıb. 3 nəfərin ölümü ilə nəticələnən davada yaralanan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Elnur
AzNews.az