Bu maddə əti çürüdür, orqanları qoparır - Video


Narkotiklərdən istifadə yaşının 9-a düşdüyü Rusiyada kustar üsulla hazırlanan narkotikdən istifadənin fəsadları dünyanı heyrətə salıb.
Heroindən 3 dəfə ucuz başa gələn bu narkotik maddə ilk istifadədən sonra asılılıq yaradır. İstifadədən sonra toxumalarda qanqren, çürümə, saçların tökülməsi, dişlərin çürüməsi kimi fəsadlara yol açır.

Mütəxəssislər insanı daxildən cürüdən və hətta ətin tökülməsi kimi fəsada yol açan bu narkotik maddənin Amerikada da yayılacağı narahatlıq doğurur.

Məlumatlara görə, Rusiyada 2,5 milyon insan bu maddədən asılıdır. İlk istifadədən sonra insanın sifətinin rəngi dəyişir və çox keçmədən qanqren başlayır.



Elnur
AzNews.az