- Köhnə - Region
- 27 Sentyabr 2013 22:26
- 2 753
Rusiya Elmlər Akademiyası ləğv edilib
Sentyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı federal qanunu imzalayıb.
Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, bundan başqa Putin "Federal elmi agentliklər təşkilatı haqqında" fərmanı da təsdiqləyib.
Həmin sənəddə bildirilib: "Federal Elmi Agentliklər Təşkilatı rəhbərliyinin fəaliyyətini Rusiya Federasiyası hökuməti gerçəkləşdirir; Federal elmi agentliklər təşkilatının rəhbəri Rusiya Federasiyasının prezidenti ilə razılaşdırılaraq, Rusiya hökuməti tərəfindən təyin edilir".
Xatırladaq ki, sentyabrın 18-də akademiyanın bir neçə yüz əməkdaşı Rusiya parlamentinin binası qarşısında qanun layihəsinə etiraz aksiyası keçirib. Alimlər və bu islahatın tənqidçiləri akademiyanın əmlakını məmurların dağıdacağından ehtiyat etdiklərini də bildiriblər.