- Köhnə - Region
- 2 Oktyabr 2013 14:15
- 1 505
Azərbaycanlı deputatların mandatı ləğv edilə bilər- Gürcüstanda
Deputatın fikrincə, sözügedən qanun layihəsindən ən çox əziyyət çəkən məhz Gürcüstanda yaşayan azərbaycanlılar olacaq.
"Hazırki iqtidar Gürcüstanda yaşayan azərbaycanlılara qarşı, eləcə də bu ölkədə yaşayan digər azsaylı xalqlara qarşı mövqeyini açıq-aşkar nümayiş etdirir. İndi də dövlət dilini bilməyənlərin cəzalandırılması üçün sənəd hazırlayıblar. Bu, daha çox azərbaycanlılara qarşı yönəlmiş qanun layihəsidir.
Təbii ki, gürcü dilini bilməmək yalnız soydaşlarımızın günahı deyil. Biz buna etiraz edirik, sonadək qanun layihəsinin qəbul olunmaması üçün mübarizə aparacağıq"-deyə A.Süleymanov vurğulayıb.
Deputat bildirib ki, sözügedən qanun layihəsinə əsasən, dövlət dilini bilməyənlər avtomatik olaraq rəsmi qurumlardakı işlərindən azad olunacaqlar.
A.Süleymanovun sözlərinə görə, qalmaqallı qanun layihəsi qəbul olanacağı təqdirdə Gürcüstan parlamentinin gürcü dilini bilməyən 2 deputatı - Əli Məmmədov və Mahir Dərziyev mandatını itirəcək.
AzNews.az