Ben Ladeni məhv edən xüsusi təyinatlılardan yeni əməliyyat


ABŞ Somalidə xüsusi təyinatlıların keçirdiyi antiterror əməliyyatının səbəbini açıqlayıb. Məlumata görə, məqsəd İkrim adı ilə tanınan, Somali əsilli Keniya vətəndaşı Abduqadir Məhəmmədi həbs etmək olub.
Bu şəxsin evi yerli radikal qruplaşma üzvlərinin toplandığı yer kimi tanınıb.

ABŞ-ın İctimai radiosunun verdiyi məlumata görə, İkrim adlı bu şəxs həm də "Əl-Qaidə"yə bağlılıqda ittiham edilir.

Amerika mətbuatında yer alan xəbərlərdə bildirilir ki, Somalidə keçirilən əməliyyatı da "Əl-Qaidə" lideri Üsame Ben Ladeni məhv edən qrup iştirak edib.

Elnur
AzNews.az