- Köhnə - Region
- 8 Oktyabr 2013 11:10
- 4 960
Prezident viza rejiminin tətbiqinin əleyhinə çıxdı
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Miqrasiya problemi mövzusunda sualı cavablandıran V. Putin bildirib ki, Rusiyanın əmək bazarı yerli vətəndaşlar tərəfindən doldurulmayan iş yerlərinin doldurulmasına ehtiyac duyur: "Ona görə də biz əmək bazarı ilə bağlı məsələlərə daha diqqətlə yanaşmalı, miqrantların hansı iş yerlərinə buraxılması məsələsini daha peşəkar səviyyədə həll etməliyik".
V. Putin onu da əlavə edib ki, miqrantlar rus dilini, mədəniyyətini bilmək və Rusiya qanunlarına, ənənələrinə hörmət göstərməyin zəruriliyini dərk etməlidir: "Hüquq-mühafizə orqanları lazımi reaksiyaları göstərməlidir. Burada hər cür korrupsiya təzahürlərinin qarşısının alınması üçün cəmiyyətin hüquq-mühafizə orqanları üzərində nəzarəti də vacibdir".
AzNews.az