FHN: Ölənlər arasında azərbaycanlının olması təsdiqlənməyib

Rusiyanın Samara vilayətində baş verən yol-nəqliyyat qəzası nəticəsində azərbaycanlının olması hələ də təsdiqlənməyib. Bu barədə Trend-ə bazar ertəsi Samara FHN-in operativ qərargahından məlumat verilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Samara şəhəri yaxınlığında "Mercedes" markalı yük maşını ilə toqquşan "Toyota" markalı mikroavtobusu 36 yaşlı Nijni Novqorod vilayətinin sakini idarə edib.

"Mercedes" markalı yük maşını 50 yaşlı Qazaxıstan vətəndaşı tərəfindən idarə olunub. Zərbənin təsirindən hər iki avtomobil xəndəyə düşüb. Hadisə nəticəsində 13 nəfər ölüb.

Bir müddət əvvəl Rusiya KİV tərəfindən ölənlər arasında bir nəfər azərbaycanlının olması barədə məlumat yayılmışdı.

AzNews.az