Hollandiyalı diplomat Rusiyada zorakaliğa məruz qaldı

Hollandiyanın Rusiyadakı səfirliyinin diplomatı Onno Elderenbosch Moskvada evinə girdiyi vaxt iki nəfər naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Hollandiyanın Haaqa şəhərində rusiyalı diplomat Dmitri Borodinin uşaqlarına qarşı pis davrandığı üçün evinə gələn üzü maskalı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfinbdən döyülməsi və qısa müddətli həbsə məruz qalması, diplomatın döyülməsinə səbəb olub.

Rusiya polisi baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırıb və diplomatı döyənlərin həbs olunması istiqamətində araşdırmaların aparıldığı və cinayətkarların kimliyinin hələd müəyyənləşdirilmədiyi bildirilir.

Holland diplomat istintaqa verdiyi ifadəsində bildirib ki, iki nəfər naməlum şəxslər qəfildən evə girərək, ona yumruq və təpiklə zərbələr vurublar, sonra evin divarına iki nəfərin sekslə məşğul olduğunu göstərən şəkillər və ürək şəkli çəkiblər.

Hollandiyanın xarici işlər naziri Frans Timmermans, Rusiyanın bu ölkədəki səfirliyinə hadisə ilə bağlıməlumat verildiyini və rəsmi Moskvadan bununla bağlı açıqlama tələb etdiklərini bildirib.

AzNews.az