Azərbaycanlıların da işlədiyi bazanın sahibləri tutuldu

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən tərəvəz bazasının iki rəhbəri tutulub. Daha biri haqqında isə axtarış elan edilib.
ANS PRESS "İTAR-TASS"a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin rəsmi təmsilçisi Vladimir Markinin sözlərinə görə, baş direktor Əliəshab Hacıyevə və "Novıye Çeremuşki" QSC-nin İdarə Heyətinin sədri Maqomed Çurilova qarşı qanunsuz miqrasiyanın təşkili ittihamı ilə cinayət işi qaldırılıb. Müstəntiqlərin sözlərinə görə, onlar Rusiyada qanunsuz yaşayan adamlara maaş verməklə yanaşı, həm də yaşayış yeri təqdim ediblər. Hazırda Maqomed Çurilov və tərəvəz bazasının mühafizəsini həyata keçirən şirkətin baş direktoru Viktor Kotelevski həbs edilib. Əliəshab Hacıyev barəsində isə federal axtarış elan edilib.

Markinin sözlərinə görə, bazanın rəhbərliyi özünü təcrid edib və istintaqa yardım etmir.

AzNews.az