Orxan Zeynalov həbs olundu- Yenilənib

Orxan Zeynalov məhkəmədə qətl törətmədiyini bildirib

Moskva. Fərid Əkbərov - APA. Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib.

Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib.

***
17:11
Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəmədə cinayəti törətdiyini inkar edib.

Məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.

Qeyd edək ki, Moskvanın Presnenski Rayon Məhkəməsində Orxan Zeynalovun barəsində həbs qəti-imkan tedbirinin seçilməsinə baxılır.(apa)


AzNews.az
image description