Moskva ətrafında qanunsuz mühacir saxlanıldı

Moskva ətrafında polis gizli tikiş sexi aşkarlayıb. Həmin qanunsuz müəssisə Ramensk rayonundakı meyvə-tərəvəz bazasında yerləşirmiş.

Polis bildirib ki, oradakı geyimlər meyvə – tərəvəz bazasında işləyənlər üçün tikilirmiş: "Sex ərazisində gecə-gündüz yüzdən çox qanunsuz mühacir, Vyetnam vətəndaşları, çalışırmış. Hazır malların üzərinə tanınmış firmaların etiketləri tikilirmiş.

Həmin baza ərazisində polis 40 - dan çox Tacikistan və Özbəkistan vətəndaşı olan qanunsuz mühacir saxlayıb.

Olayla bağlı məhsul nişanlarından qanunsuz istifadə və mühacirətin təşkili üzrə cinayət işi açılıb.(lent.az)

AzNews.az