- Köhnə - Region
- 28 Oktyabr 2013 08:31
- 1 792
Yeni prezident parlamentdən ilk vetonu aldı
İranın yeni seçilən prezidenti Həsən Ruhani parlamentdən ilk vetonu alıb. Belə ki, prezidentin Gənclik və idman naziri vəzifəsinə təqdim etdiyi Rza Amiri parlamentdən yetərli qədər səs toplamadığı üçün nazir kürsüsündə otura bilməyib. Amirinin nazir olmasının lehinə 114 nəfər səs verib.
Əleyhinə səs verənlər bunu Rza Salehi Amirinin bu sahədə təcrübəsinin azlığı və idarəetmə bacarığının zəif olduğunu bildiriblər.
Hətta bəzi deputatlar Amirinin 2009-cu ildə prezident seçkilərindən sonra ölkədə baş verən qarşıdurmada rolu olduğunu vurğulayıblar.
Elnur
Aznews.az