Karayılandan şok iddia

Böyük terror təşkilatı PKK-nın, öndə gedən adamlarından olan Murat Karayılan yeni iddia irəli sürüb. Aznews.az Haber365.com-a istinadən xəbər verir ki, Karayılan bildirib ki, "Dağlıca və Şemdinliyə gedən yolların böyük hissəsi terroristlərin nəzarəti altına alınıb. Karayılan, ölkədəki qarşıdurmaların əsas səbəbi kimi bu yolların ələ keçirilməsidir- deyə, bildirib.

Onun sözlərinə görə, hazırki durumda bütün Botan-Zagros sahəsi demək olarki, terroristlər tərəfindən ələ keçirilib. Terrorçu, həmin bölgələrdə heç bir dövlət nəzarətinin olmadığına vurğulayıb. Karayılan, bugünə qədər PKK-nın bir neçə hücum planlarının olduğunu bildirsə də, Türkiyənin Çuxurca ərazisinə böyük hücum təşkil etdikləri iddiasını yalanlayıb.

Mirvari Nəcəf

AzNews.az