Onlar tank vuran hərbi texnikalar əldə etmək istəyir Onlar tank vuran hərbi texnikalar əldə etmək istəyir

Ermənistan Xorvatiya hökümətinə müraciət etdi

Onlar tank vuran hərbi texnikalar əldə etmək istəyir




İrəvan Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı M-36 "Jackson" maşınlarının onlara hədiyyə olunmasını xahiş edib

Ermənistan Xorvatiyadan bu ölkənin silahlanmasından çıxarılan, M-36 "Jackson" tank vuran hərbi texnikalar əldə etmək istəyir.

Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat daxil olub.

Ermənistan tərəfi Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı, II Dünya Müharibəsi dövrünün hərbi texnikası olan M-36 "Jackson" tank vuran maşınlarının onlara hədiyyə edilməsini istəyib.

Ermənistan tərəfinin bu maşınlardan hansı məqsədlər üçün istifadə edəcəyi bəlli deyil. Bununla bağlı qərarı Xorvatiya hökuməti qəbul etməlidir.

90 mm çaplı topa malik M-36 Amerika Ordusu tərəfindən 1944-cü ildən II Dünya və Koreya müharibəsində geniş istifadə olunub. Sonrakı dövrlərdə keçmiş Yuqoslaviya Ordusunda bu tırtıllı maşınlarda T-55 tanklarının malik olduğu 500 at gücünə malik dizel mühərrik quraşdırılıb. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı xorvatlar bu maşınlardan istifadə ediblər.

Çəkisi 29 ton olan M-36 maşınının heyəti 5 nəfərdən ibarətdir.

Maşının silahlanmasına 90 mm çaplı top və pulemyot daxildir.

AzNews.az