Ermənistan prezidenti həmkarlarının çıxışı zamanı yatdı- Foto

Erməni prezident elə həmkarlarının çıxışı zamanı yatdı.

Ötən həftə Minskdə MDB dövlət başçıları Şurasının iclası keçirilib.

Bu görüşdə liderlər bir sıra problemləri, o cümlədən dünya böhranı fonunda MDB çərçivəsində mal dövriyyəsinin azalmasını müzakirə ediblər, görüşün sonunda isə əməkdaşlığın, xüsusilə də kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında 14 sənəd imzalayıblar.

Lakin bu sammit daha bir qeyri-adi hadisə ilə yadda qalıb, daha dəqiqliklə, Belarusun ONT telekanalının kadrlarına Ermənistan prezidenti Serj Sarkisyan düşüb.

Belə ki, Ermənistan prezidenti 3 il əvvəl ATƏT-in sammitində olduğu kimi bu dəfə də görüş vaxtı yuxuya gedir. (oxu.az)