İranda islahatçılara məxsus qəzet bağlandı

İranda prezident seçilən Həsən Ruhaninin qələbəsindən sonra dəyişikliyə ümid edən islahatçı kəsimin ümidləri doğrulmayıb.

Mətbuata Nəzarət Qurumu islahatçı "Bahar" qəzetinin bağlanmasına qərar verib. Qərara səbəb qəzetdə Hz. Əli ilə bağlı dərc olunan "İmam: Siyasi lider, yoxsa dini model?" yazısı olub.

Məsələ bağlı "Mehr" xəbər agentliyinə açıqlama verən Mətbuata Nəzarət Qurumunun rəhbəri Ələddin Zühurian mövzunun müzakirəyə çıxarıldığını bildirib. Mədəniyyət naziri Əli Cənnəti isə qəzeti dini qarşıdurma toxumu səpməkdə ittiham edib.

"Bahar" qəzeti isə yazının texniki yanlışlıq ucbatından çap edildiyini bildirib.

Qeyd edək ki, 2000-dən bəri İranda 120-dən çox islahatçı qəzet bağlanıb.

Elman
AzNews.az