Ermənistan qaranlığa qərq oldu

Ermənistanın bir sıra vilayətləri, həmçinin paytaxt İrəvanın sakinləri elektrik enerjisiz qalıblar.

APA-nın "Novosti-Armeniya" saytına istinadən verdiyi məlumata əsasən, enerji problemi ilə əlaqədar İrəvan Metropoliteninin fəaliyyətində də fasilə yaranıb.

Elektrik enerjisi problemi bu gün saat 10:00-dan 10:30-dək müşahidə olunub.

"Səbəblərin müəyyənləşdirilməsi üçün monitorinq aparılır. İrəvan və bir sıra vilayətin enerji təminatı kəsilmişdir. Paytaxtın enerji təminatı bərpa olunur, dörd vilayətin təchizatı isə artıq bərpa edilib", - deyə Ermənistan FHN-in xilasetmə xidmətinin rəis müavini Nikolay Qriqoryan bildirib.

AzNews.az