İranda 3 nəfər edam edildi

İranda üç nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq asılıblar.

4 ildir həbsxanada yatan 30 yaşlı Yusif Rzayi oktyabrın 28-də səhər saatlarında Rəşt şəhərinin Lakan həbsxanasında edam edilsə də, xəbər indi açıqlanıb. 33 yaşlı Əli Vahabi 5, 35 yaşlı Kamran Səhərxiz isə 8 il zindanda yatıb. Onlar oktyabrın 31-də səhər saatlarında Rəşt şəhərinin Lakan həbsxanasında edam ediblər.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yerinə yetirilib.


AzNews.az