Rusiyada əcnəbi hamilə qadına qarşı böyük həqarət

Vladivostokda doğum ev Özbəkistan vətəndaşı olan qadının doğum evinə qəbul etməkdən imtina edib.

Doğum sancısı tutan qadının qəbul etməyən xəstəxana bunu qadının əcnəbi olması, müvafiq sənədlərinin və pulunun olmaması ilə əlaqələndirib. Küçədə agır vəziyyətdə olan qadını görən yerli sakinlər polisə məlumat verib.

Hadisəyə polis müdaxilə edib. Xəstəxanaya gələn polis xəbəri dəqiqləşdirib və qadının xəstəxanaya qəbul olunmadığını təsdiqləyib.

Şahidlərin dediyinə görə, bir saata yaxın xəstəxananın qapısını döysələr də onlara heç kəs cavab verməyib. Daha sonra hadidə yerinə gələn polis qadını xəstəxanaya qəbuluna nail olub. Bir necə dəqiqə sonra isə uşaq dünyaya gəlib.

Hazırda hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.

Elnur
AzNews.az