Malların çıxarılması üçün 5 gün vaxt istədilər Malların çıxarılması üçün 5 gün vaxt istədilər

Rusiyada azərbaycanlılara daha bir zərbə - Ajiotaj

Malların çıxarılması üçün 5 gün vaxt istədilər




Rusiyanın Tver vilayətində azərbaycanlılara məxsus ən böyük meyvə-tərəvəz bazarının fəaliyyətinin dayandırılması barədə qərar ajiotaj yaradıb.

İstehlak Nəzarəti Komitəsinin bazarın bağlanması barədə verdiyi qərarın daha sonra məhkəmədə təsdiqlənməsi vəziyyəti daha da gərginləşdirib.

Noyabrın 6-da məhkəmə icraçıları bazara gələrək bazarın sahibinə bütün malları bazardan çıxarmaq üçün cəmi 1 gün vaxt verib. Bundan sonra 90 gün ərzində bazar bağlı qalacaq. Bazarda fəaliyyət göstərən icarədarların vəziyyəti olduqca acınacaqlıdır. Onlar bazara gələn məhkəmə icraçıları ilə mübahisə ediblər.

Meyvə-tərəvəz bazasının rəhbəri Osmanov Lətif məzuniyyətə gedib. Buna görə də məhkəmə icraçıları qərarı mühasibə təqdim ediblər. Mühasib isə bazarın bağlanması barədə qərardan xəbərsiz olduğunu bildirib. Bazarda vəziyyətin gərginləşməsini bir səbəbi isə icarə haqlarının bir ay əvvəldən yığılması olub. İcarədarlar bazardakı mallarının çıxarılması üçün 5 gün vaxt istəyiblər.

Ancaq onların bu tələbi yerinə yetirilməyib. Çünki məhkəmə qərarına əsasən bazardan mallar bir sutka ərzində çıxarılmalıdır. Əgər bazar fəaliyyətini davam etdirsə ona qarşı cərimələr tətbiq ediləcək. Bununla yanaşı qanunu pozanları hətta cinayət məsuliyyəti də gözləyə bilər. 90 gün sonra isə bazardakı vəziyyət bir daha yoxlanacaq və qərar veriləcək.

Elnarə
AzNews.az
image description