Əhməd Davudoğlu: “Azərbaycanı razı sala bilsək, sürpriz edə bilərik”


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Ermənistanla sərhəddinin açılması ilə bağlı fikirlərlə gündəmə gəlib. Nazir sərhədlərin açılması ilə bağlı "2015-ci ilə yönəlik fəaliyyətimiz var. Bizim tələbimiz odur ki, Qarabağdan geri çəkilsinlər. Bununla bağlı bir irəliləyiş gözləyirik. Əgər bu baş verərsə həm sərhəd açılar, həm dəmiryolu açılar və əlaqələr inkişaf edər. Amma bunu Azərbaycan ilə etməyi istyirik" deyib.

Davudoölu MHP-dən olan Sinan Oğanın "Sərhəd qapısını açılmasna yönəlik bir fəaliyyət varmı?"sualını cavablandırarkən bunu təsdiqləyib: "Azərbaycanı razı sala bilsək bir sürpriz edə bilərik. Sərhəd qapısında fəaliyyətimiz var".

Elnarə
AzNews.az