- Köhnə - Region
- 9 Noyabr 2013 16:00
- 3 936
Şəkər xəstələrinə şad xəbər
Cərrah 2-ci tip diabet xəstələrinə ``ileal interpozisiya əməliyyatı`` yolu ilə cərrahi müalicə tətbiq etdiklərini və bu yolla 400 xəstəni müalicə etdiklərini bildirib.
Əməliyyat etdikləri xəstələrin hamısının müqavimətli diabet xəstələri olduğunu deyən A.Çelik, Türkiyədə effektiv, radikal və şüurlu müalicə gözləyən milyonlarla şəkər xəstəsinin olduğunu qeyd edib.
Cərrah, əməliyyatlar zamanı çox seçici davrandıqlarını vurğulayıb: "18-65 yaş arasında olan, tibbi müalicə, pəhrizli dərman müalicəsi, insulin və məşqlə qan şəkərini salmağı bacara bilməyən, hər şeyi sınayan amma nəticə ala bilməyən, artıq orqanlarında başqa problemlər ortaya çıxmış diabet xəstələrinə bu cərrahı müdaxiləni tətbiq edirik və onların 90 %-də müvəffəqiyyət əldə etmişik. Qan şəkərini nəzarət altında saxlaya bilən, pəhrizinə davam edən, dərmanlardan müsbət nəticə görən xəstələri nə əməliyyat edirik, nə də bu əməliyyatı təklif edirik. Biz ancaq hər şeyi sınamış, amma nəzarəti təmin edə bilməmiş, ya da artıq orqanlarında problemlər ortaya çıxan insanları əməliyyat edirik".
Özü də daxil olmaqla, dünyada 8 nəfərin bu əməliyyatdan istifadə etdiyini söyləyən cərrah, Türkiyədən başqa Braziliya, İtaliya, Amerika, Yaponiya və Hindistanda bu əməliyyatın həyata keçirildiyini qeyd edib.(anspress)