- Köhnə - Region
- 10 Noyabr 2013 15:04
- 7 061
İranla sərhəddə gediş-gəliş hələ də bərpa olunmayıb
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, piyadaların ikitərəfli gedişi qaydasına düşdüyü halda, Naxçıvan Muxtar Respublikasına gedən ağır tonnajlı yük maşınlarının keçməsinə icazə verilmir: "Bizim tərəfdə dayanmış İran avtomaşınları artıq ölkələrinə qayıdıb. Amma Naxçıvana getmək istəyən maşınlar nə səbəbdənsə gözləməyə məcbur ediliblər. İran tərəfi ilə bizim səlahiyyətlilərimiz arasında növbəti görüş barədə isə hələlik hər hansı açıqlanma verilmir".
AzNews.az