Hayrünnisa Gül Mehriban Əliyevanın şərəfinə nahar təşkil edib - FOTO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın şərəfinə Türkiyə prezidenti Abdulla Gülün xanımı Hayrünnisa Gül tərəfindən nahar təşkil olunub. APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, Çankaya köşkünün Osmanlı Salonunda təşkil olunan naharda Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğanın xanımı Əminə Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sara Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldızın xanımı Səlma Yıldız, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun xanımı Lalə Bağırova da iştirak ediblər.

AzNews.az