Putinə qardaşlıq mükafatı verildi

Rusiya prezidenti Vladimir Putinə Cənubi Koreyada taekvando üzrə 9-cu fəxri dan qardaşlıq mükafatı verilib.

Cənubi Koreyada səfərdə olan Putinə kəmər və mükafatı Dünya Taekvando Federasiyasının prezidenti Çu Çxon Von təqdim edib.

Putin mükafat barədə danışıb: "Mən düşünmürəm ki, belə yüksək mükafatı qazanmağa layiqəm. Qardaşlıq rəmzi olaraq, mən belə bir mükafata layiq görüldüm".

Qeyd edək ki, 9-cu dan mükafatı az sayda şəxsə verilib. Bunların arasında ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya və Pakistanın dövlət başçıları var. (anspress)