Ermənistanda cəmi 10 nəfər “QDR”in müstəqillyini tanıdı

Ermənistan parlamentində qondarma DQR-in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Ermənistan İrs Partiyasının parlamentə təqdim etdiyi layihəyə deputatlar maraq göstərməyib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, iclasda iştirak edən deputatlardan ancaq 11 nəfəri səsverməyə qatılıb. Bu da 10 faizdən də azdır. Səsverməyə qatılanlardan 10 nəfəri layihənin lehinə səs verib. 1 nəfər bitərəf qalıb.

Beləliklə İrs Partiyasının qondarma DQR-in tanınması ideyası yenə gerçəkləşməyib.

Elnur
AzNews.az