Deportasiya növbəsi “qanuni oğru”lara çatdı- Rusiya

Rusiyada miqrantlara qarşı qanunların sərtləşdirilməsi, miqrasiya qanunlarını pozulmasına görə deportasiya növbəsi "qanuni oğru"lara çatıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı Gürcüstan vətəndaşı Teymuraz Çxetiani saxlanılıb.

"Qanuni oğru" olan T.Çxetiani miqrasiya qanunlarını pozmaqda ittiham edilir. O, qeyri-qanuni miqrantlar üçün yaradılan saxlanma məntəqəsinə aparılıb. Deportasiya üçün müvafiq işlər görüldükdən sonra o, Rusiyadan çıxarılacaq. Qeyd edək ki, Çxetiani 2011-i ildə, 5 il müalicə olunduğu vərəm xəstəxanasından buraxılıb.

Sonucu dəfə o, silah və narkotikin qanunsuz saxlanması maddəsi ilə mühakimə edilərək 6 il azadlıqdan məhrum olunub. Çxetiani 1993-cü ildə Kutaisidə "taclandırılıb".

Xatırladaq ki, kriminal aləmə yaxın olan azərbaycanlıların da çoxu Rusiyada yaşayır. Yəqin ki, yaxın zamanlarda onların da deportasiya edilməsinin şahidi olacağıq.

Elnur
AzNews.az