- Köhnə - Region
- 15 Noyabr 2013 17:33
- 12 142
İlqar Haciyev: “Deportasiya edilən azərbaycanlı yoxdur”
Ümumrusiya Azərbaycan Konqresi icraçı direktoru İlqar Haciyev isə APA-ya açıqlamasında bildirib ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin yaydığı məlumat köhnədir. O deyib ki, olaylar baş verən zaman saxlanılanlarla bağlı yoxlamalar aparılıb, müvafiq addımlar atılıb: "O vaxt saxlanılanların hamısı buraxılmışdı. Həm də həmin vaxt saxlanılanların əhəmiyyətli hissəsi mağazaların şüşələrini sındırmış, tərəvəz məhsullarını dağıdaraq yerə tökmüş, vəhşiliklərə yol vermiş "skinhed"lər idi. Təxminən 30-a qədər "skinhed" saxlanılmışdı. Sonradan evlərdə qeyri-qanuni miqrantların olub-olmaması ilə bağlı yoxlamalar da aparılmışdı".
İlqar Hacıyev bu günlərdə deportasiya edilənlər arasında azərbaycanlıların olduğu barədə onlara müraciət daxil olmadığını da söyləyib: "Deportasiya edilən azərbaycanlılar yoxdur ".
AzNews.az