Saakaşvili inauqurasiyaya getməyəcək

AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, Gürcüstanın hazırkı dövlət başçısı Mixail Saakaşvili ölkənin yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək inauqurasiya mərasiminə qatılması üçün şərtlərini açıqlayıb. Saakaşvili bildirib ki, yalnız öz tərəfdarlarının təqib olunmayacağı halda inauqurasiya mərasiminə qatıla bilər.
"Müxalifət partiyasının baş katibi, keçmiş baş nazir Vano Merabişvili həbsdə olduğu bir vaxtda mən sizləri aldada bilmərəm ki, hər şey normaldır və qaydalara uyğun gedir" - deyə o bildirib. Onun sözlərinə görə, 2012-ci ilin oktyabrlında Gürcüstanda keçirilən seçkidən sonra bir sıra dəyişikliklərin olacağını gözləsə də, onun partiyasinin üzvlərinə qarşı təqiblər dayanmayıb.
Saakaşvilinin ikinci tələbi prezident rezidensiyası barədə olub.
Gürcüstanın ilk prezidenti G.Şevernadze də xəstə oldugunu əsas gətirərək tədbirə qatıla bilməyəcəyini bildirib.

AzNews.az