Cəlili Dəməşqə Beyrutdan səfər edib Cəlili Dəməşqə Beyrutdan səfər edib

Iran öz nümayəndəsini girovların arxasınca göndərdi

Cəlili Dəməşqə Beyrutdan səfər edib


Iranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili gözlənilmədən Suriyaya səfər edib. Onun Suriyada dövlət başçısı Bəşər Əsəd də daxil olmaqla yüksək rütbəli dövlət və hökumət nüməyəndələri ilə görüşəcəyi bildirilir.
AzNews.az iran.ru saytına istinadən xəbər verir ki, Cəlili Dəməşqə Beyrutdan səfər edib və səfər əsnasında Livan hökumət üzvləri ilə də görüşüb.
Daha sonra Dəməşqə səfər edən Cəlilini Suriya xarici işlər nazirinin müavini və İranın Suriyadakı səfiri qarşılayıb. Iran mətbuatının məlumatına görə, Cəlilinin səfərində əsas məqsəd Suriyada silahlı müxaliflər tərəfindən girov saxlanılan 48 İran vətəndaşının azad olunması yollarını müzakirə etməkdir. Bundan əlavə Cəlilinin Suriya prezidenti ilə görüşdən sonra mətbuat konfransı keçirəcəyi bildirilir.

Sadiq
AzNews.az