Erməni “qanuni oğru”lar arasında “müharibə”

Erməni "qanuni oğru", 41 yaşlı Armen Yepremyanın öldürülməsindən soran erməni kriminal qruplaşmalar arasında münasibətlər daha da gərginləşib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, Yepremyanın ölümü ilə əlaqədar başqa bir "qanuni oğru" Qora Enokyanın qardaşı Çolak Enokyan həbs edilib.

Bu barədə məlumatları Armavir polis şöbəsinin rəisi Aram Ovannisyan təsdiqləyib.

Ona qarşı odlu silah və döyüş sursatlarının qanunsuz saxlanması və istifadəsi, odlu silahın başqa şəxsə verilməsi maddələri ilə cinayt işi açılıb.

Qeyd edək ki, "qanuni oğru" noyabrın 14-də Sərdarabad kəndində öldürülüb. Ölümündən iki gün əvvəl isə o Moskvadan yaxın adamının dəfn mərasimindən qayıdıb.

Elnur
AzNews.az