"Bu görüş çox güman ki, yeni başlanğıc anlamına gəlir" "Bu görüş çox güman ki, yeni başlanğıc anlamına gəlir"

Ermənistan prezidenti İlham Əliyevlə görüşdən danışdı

"Bu görüş çox güman ki, yeni başlanğıc anlamına gəlir"




"Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir".

Bu sözləri Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib.

AzNews.az- ın Trend-ə istinadən xəbər verir ki, "Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, o baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S.Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq".

S.Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib:

"Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir".

AzNews.az