Ermənistan da Rusiyaya qarşı çıxdı

Ermənistanın Gömrük İttifaqına daxil olması barədə aparılan müzakirələr İrəvanda kəskin etirazla qarşılanıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, bir qrup şəxs Prezident Administrasiyası qarşısına toplaşaraq ölkənin Gİ-na qoşulmasına etirazlarını bildiriblər. Aksiyaçılar noyabrın 29-da Vilnüsdə keçiriləcək sammitdə Ermənistanın iştirakını tələb edərək Rusiyanın yenidən Ermənistanı təsir dairəsinə almağa çalımasına etirazlarını bildiriblər.

Aksiyaya yeni qüvvələrin qoşulacağı istisna edilmir.

Elnur
AzNews.az