Rusiya «Qazprom»undan təkzıb

Rusiya "Qazprom" şirkəti idarə heyətinin sədri Aleksey Miller "Naftoqaz Ukrayna"-nın cari ilin avqust, oktyabr və noyabr ayları üçün 2,02 milyard dollar borcu olduğunu bildirib.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, o, ötən gün Ukrayna dövlət şirkəti idarə heyətinin sədri Yevgeni Bakulinin söylədiklərini təkzib edərək, deyib: "Biz borcla bağlı mövcud problemin həlli yolunu axtarırıq. Ancaq heç bir razılığa gəlməmişik".

Xatırladaq ki, dekabrın 3-də Ukraynanın "Naftoqaz" şirkəti ilə Rusiyanın "Qazprom" konserni oktyabr-dekabr aylarında alınmış qazın ödənişini 2014-cü ilin yazında ödənilməsinə dair razılığa gəldiklərinə dair xəbər yayılmışdı.

"Naftoqaz" şirkəti idarə heyətinin sədri Yevgeni Bakulin bildirmişdi: "Bölgələrdə bu günə olan problem və məsələləri həll etmək üçün biz oktyabr, noyabr və dekabr üzrə ödənişləri yaz mövsümünə keçirtdik".

O, bunu şirkətlər arasında öncədən əldə edilmiş razılıqla izah etmişdi.

"Naftoqaz" rəhbəri həmçinin əlavə etmişdi ki, Nazirlər Kabinetinin fəaliyyətinin bloklanması səbəbindən şirkət avqust ayı üzrə olan qaz borcunu dekabrın 7-dək ödəyə bilməyəcək.

Bakulinin sözlərinə görə, avqust ayı üzrə olan qaz borcunun həcmi 765 mln. dollardır.

Xəbərdə o, , Ukraynanın energetika naziri Eduard Stavitski noyabrda "Naftoqaz"-la "Qazprom"un Rusiya qazının Ukraynaya ixracatı üzrə yeni ödəniş qrafikinə dair kompromisli razılaşmaya nail olduqları da qeyd edilmişdi.


AzNews.az