Şeytanı çıxarmaq üçün insanları zəncirləyirlər – FOTOSİLSİLƏ

Əfqanıstanın Cəlilabad şəhərinin yaxınlığındakı Samar Kel kəndində qəribə müalicə üsullarından istifadə edilir.

İnsanları zəncirləyərərk güya pis ruhlardan, şeytandan azad edirlər.

Ən azı 40 gün boyunca qapalı bir yerdə zəncirlənərək saxlanılan bu şəxslərin bəzisi zehni qüsurlu, bəzisi isə atası və yaxud digər ailə üvləri ilə dalaşdığı üçün bura gətirilir.

Bu hücrədə qalan Məhəmməd zəncirlənmə səbəbini belə açıqlayır: "Atamla dalaşdıq. Motosiklet almaq üçün ondan pul aldım. Bundan sonra məni bura gətirdi".

Bir zamanlar Əfqanıstan ordusunda vuruşan Məhəmməd zəncirlərdən nə vaxt azad ediləcəyini bilmir.

Hücrədə qapadılaraq saxlanılanların heç də hamısı ordan sağ çıxmır. Bəziləri sadəcə unudulur və 6-8 ay sonra cəsədləri tapılır.

Elnur
AzNews.az
image description image description image description image description image description image description