Ermənistan XİN rəsmisi İrana gedib

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan İranda səfərdədir. APA-nın məlumatına görə, Ş.Köçəryan İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək.

Erməni diplomatının səfəri çərçivəsində həmçinin regional və beynəlxalq sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.



AzNews.az