Putin Yanukoviçə 15 milyard dollar verir



Rusiya Gönmrük İttifaqına qoşulmaq barədə müqavilə imzalaması müqabilində Ukraynaya 15 milyard dollar kredit verəcək.

AzNews.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar yer alıb.

Məlumatlara görə, müqaviə iki prezident arasında dekabrın 17-də imzalana bilər. Ancaq Ukrayna rəhbərləri 15 milyard dollar kredit barədə heç bir məlumat verməyərək sazişdə ancaq qazın qiymətinin aşağı salınmasının nəzərdə tutulduğunu bildirirlər.

"Bloomberg" agentliyinin məlumatına görə, Rusiya kreditin 5 milyard dollarını artıq bu ilin sonuna qədər alacaq.

Elnarə
AzNews.az