- Köhnə - Region
- 17 Dekabr 2013 20:41
- 1 535
Ərdoğandan Hakan Şükürə sərt mesaj

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Konyada jurnalistlərin suallarını cavablandıran Ərdoğan Hakan Şükürün hakim partiyadan istefası mövzusunda bunları söyləyib:
"Belə bir şeyi gözlədiyimi söyləməyim səhv olar. Gözləmirdim. Çünki belə bir şeyi özünə də yakıştırmadım. Bilərsiniz hər söz sahibinindir, hər söz sahibini bağlar. Niyə kədərlənim. Könül bunu arzu edərdi: Bir insan bir partiyanın bayrağı altında seçkiyə girirsə, ondan sonra o partiya ilə birlikdə hərəkət edər. Ayrılırsa da yalnız partiyadan ayrılmaz. Əgər dürüstdürsə, o zaman parlamentdən ayrılar, millət vəkilliyindən ayrılar. Çünki müstəqil olaraq bu parlamentə gəlmiş biri deyilsən. Olması lazım olan bunu tələb edir. Amma, təbii, bu hər kəsə nəsib olan bir şey deyil".
AzNews.az