Rusiyada qanunsuz miqrantlarla xüsusi təyinatlılar mübarizə aparacaq Rusiyada qanunsuz miqrantlarla xüsusi təyinatlılar mübarizə aparacaq

SOS! 2 milyon azərbaycanlı miqrantın taleyi təhlükədə

Rusiyada qanunsuz miqrantlarla xüsusi təyinatlılar mübarizə aparacaq



Moskva cinayət axtarış şöbəsində qanunsuz miqrantlarla mübarizə məqsədiylə xüsusi təyinatlı dəstə yaradılıb. Bu bəradə əmri Daxili İşlər Nazirliyinin Moskva üzrə rəhbəri general mayor Anatoli Yakunin imzalayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusi təyinatlı dəstə ayrıca fəaliyyət göstərəcək və onlar əməliyyatlar zamanı silah daşımaq hüququna malik olacaqlar. 71 xüsusi təyinatlını özündə birləşdirəcək strukturun gələcəkdə genişləndiriləcəyi də nəzərdə tutulur. Yakunin xüsusi təyinatlı dəstənin yaradılma səbəbinə də aydınlıq gətirib və bildirib: "2012- ci ilin birinci rübündə baş vermiş və üstü açılmış cinayətlərin yarısından çoxu qanunsuz miqrantlar tərəfindən törədilib. Bu isə bizi daha sərt tədbirlər görməyə vadar edir".

Qeyd edək ki, 2011- ci ilin yekunlarına görə Rusiya paytaxtında 400 min miqrantın yaşadığı aşkarlanıb. Onlardan yalnız 200 mininin işləmək üçün icazəsi olduğu bildirilir. Qeydiyyatda olmayanlar da nəzərə alınarsa qanunsuz miqrantların daha çox olduğu ortadadır.

Sadiq
AzNews.az