Türkiyədə daha bir nazir istefa etdi

Türkiyədə ailə üzvlərinin adı rüşvət qalmaqalında hallanan daha bir nazir istefa edib. Bu dəfə istefa ərizəsini baş nazir Rəcəb Tayyib Ərdoğana Daxili İşlər naziri Muammer Güler təqdim edib.

AzNews.az xəbər verir ki, nazir özü istefasını açıqlayaraq bunun araşdırmalara müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.

Elnarə
AzNews.az