- Köhnə - Region
- 28 Dekabr 2013 10:45
- 1 587
Türk Hava Yolları ofisinə silahlı basqın - 1ölü, bir yaralı
Hadisənin qarət məqsədi ilə edildiyi ehtimal edilir
Türk Hava Yollarının ( THY) Liviya Trablus bilet satış ofisinə silahlı basqın olub.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, basqın zamanı ofisin Baş Mühasibi Uğur Tezcan həyatını itirib , ikinci satış müdiri Nadide Nur Duman isə yaralanıb. Xəstəxanaya qaldırılan Dumanın həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisənin ardından təhlükəsizlik qüvvələrinin bilet satış ofisi və ətrafında möhkəm təhlükəsizlik tədbirləri görüb. Hadisənin qarət məqsədi ilə edildiyi ehtimal edilir.
Elman
AzNews.az