Ermənistandan Azərbaycana təklif: “Məhkəməni gözləyək”

Ermənistan Azərbaycan lehinə casusluq etməyə cəhddə ittiham edərək saxlanılan Ermənistan vətəndaşı Xaçik Martorosyanla bağlı açıqlama yayıb.


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, keçmiş polis əməkdaşının casusluğa cəhd etməsi ilə bağlı kifayət qədər faktlar var və bu faktlar məhkəməyə təqdim ediləcək.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanatını "Azərbaycan tərəfinə məhkəməni gözləməyi təklif edirik" deyə yekunlaşdırıb.

Elnarə
AzNews.az