Daha bir deputat hakim partiyadan istefa verdi


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefalar davam edir.

AzNews.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkili İlhan İşbilen istefasını açıqlayıb.

Səbəb kimi isə AKP-nin səhv siyasət apardığını göstərib.

Beləliklə də hakim AKP-dən istefa verən millət vəkillərinin sayı 9 olub.

Elnur
AzNews.az