Türkiyədə 7 azərbaycanlı həbs olundu

Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 7 Azərbaycan vətəndaşı saxlanılıb.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə polisinin İğdırda qaçaq yolla Türkiyəyə getmək istəyənlərə qarşı apardığı əməliyyatlar nəticəsində 7 Azərbaycan vətəndaşı saxlanılıb.

Polis saxlanılanlaran adı açıqlanmayan bir Azərbaycan vətəndaşını sorğu-sual etdikdən sonra həbs edib. Digər saxlanılan şəxslər isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İnterpress.az-a açıqlamasında bildirdi ki, bu barədə xəbər nazirliyə yeni daxil olub. Hadisə araşdırıldıqdan sonra açıqlama veriləcək.

AzNews.az