İranlı deputatdan ŞOK açıqlama

"Biz 150 min Suriya vətəndaşını İrana gətirərək onlara hərbi təlim vermişik".

APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, bunu İran parlamentində Tehran şəhərini təmsil edən deputat Seyid Mahmud Nəbəviyan bildirib.

Onun sözlərinə görə, İran 150 min suriyalıya da öz ölkəsində hərbi təlim keçib: "Eyni zamanda biz Livanın "Hizbullah" təşkilatının 50 min adamını Suriyaya göndərmişik. "Hizbullah" da İsraili vurmaq üçün 80 min raketinin hazır vəziyyətdə olduğunu bildirib. Bu da ABŞ-ın Suriyada məğlub olmasına gətirib çıxardı".


AzNews.az